Evlənmə və boşanmalar şəxsiyyətimizi necə dəyişir?

0
176

Deyilənə görə qış fəsli nişanlanmaq üçün ilin ən yaxşı fəslidir. Biz ilin bu vaxtında ən azı münasibət axtarışımızı prioritetləşdiririk.

Amma axtarışa başlamaq onun hələ düzgün olub-olmayacağı demək deyil.

İnternet tanışlığı zamanı siz dahamı cazibədar olursunuz? Evli cütlər doğrudanmı uzun müddətdə xoşbəxt olaraq qalırlar?

Monoqamiya (təkyoldaşlıq) ən yaxşı variantdırmı?

Cavablar sizi heyrətləndirə bilər. BBC Future dünya boyunca ən xoşuna gələn və ən əks-intuitiv baxışları toplayıb.

Sizin özünüzü hər hansı “tip”ə aid etməyiniz zəruri deyil. Bu heç kim üçün zəruri deyil.

İnternetdə tanışlıq yoldaş tapmağın ən populyar formasıdır.

Lakin milyonlarla profilin içindən birini bəyənmək vahiməli görünə bilər. Bu da maraqlıdır ki, bizim sifətlər axınında xoşumuza gələn bir sifət digər fotodakı sifəti xoşlamağımıza təsir göstərir. Yəni müqayisə imkanı yaranır.

Bu onu göstərir ki, bizim gözəlliyi qavramamız dərinə işləmiş hissimiz yox, dayaz duyğularımızdır.

İnternet tanışlığı vahiməli görünə bilər, amma sənin də şəklinin minlərlə cazibədar simanın arasında olması xoş bir hissdir
Şəklin alt yazısı,İnternet tanışlığı vahiməli görünə bilər, amma sənin də şəklinin minlərlə cazibədar simanın arasında olması xoş bir hissdir

Bunu da demək lazımdır ki, tanışlıq saytlarından istifadə edənlərin bir profil şəklindən o birisinə sürətli adlaması da yaxşı bir haldır. Psixoloqlar müəyyən ediblər ki, simaların “ani effekti” mövcuddur.

Biz hər hansı bir simaya nə qədər az baxırıqsa, həmin sima yadımızda daha cazibədar qalır. Tədqiqatçılar bunu onunla izah edirlər ki, simalar axınına baxarkən hər hansına qayıdıb bir daha baxmaq imkanı olur.

Əksliklər heç də həmişə cəzb eləmir

Bəzi elə insani cəhətlər var ki, onları partnyorla paylaşmaq faydalıdır, lakin əksliklərin bir-birini cəzb etməsinə dair iddialar düzgün deyil.

Elə xasiyyətlər var ki, biz onları özümüzdə olmasa da partnyorumuzda tapmaq istəyirik. Söhbət, məsələn üzüyolalıqdan və çox da nevrotik olmamaqdan gedir.

Amma bəzən partnyorunuzda axtardığınız ən yaxşı xüsusiyyətlər sizin öz xarakterinizdən asılı olur.

Tapdığını itirəcəyindən daim qorxan tipajlar özlərinə bənzər şəxsiyyətlərlə daha qənaətbəxş münasibətdə olurlar.

Burada başqa faktorlar da rol oynayır. Məsələn ikinizin də “sübh quşu” və ya “gecə bayquşu” olmağınız daha yaxşı cüt olmağınıza kömək edir.

Partnyorunuza oxşarlığınızın müsbətliyi axtardığınız konkret xasiyyətdən çox asılıdır
Şəklin alt yazısı,Partnyorunuza oxşarlığınızın müsbətliyi axtardığınız konkret xasiyyətdən çox asılıdır

Amma bəzən başqasının sizin xasiyyətlərinizi güzgü kimi əks etdirməsi münasibətləri poza bilər. Məsələn tədqiqatlar göstərir ki, söhbət vəfalılığa gələndə bir partnyorun o biri partnyordan bir qədər daha az sədaqətli olmasında xeyir var.

Bəli, evlilik insanı xoşbəxt edir, amma heç də həmişəlik yox

Araşdırmalar göstərir ki, uzunmüddətli münasibətlər insanların şəxsiyyətini dəyişir.

15 min alman arasında aparılmış təcrübədən aydın olub ki, evlənmədən sonra insanlarda ətraf mühitə açıqlıq, yəni ekstrovertlik azalıb.

Bunu çox vaxt təzə evlənənlərin dostları daha tez hiss edirlər.

Digər tərəfdən adamlar evləndikdən sonra daha çox özünənəzarətə və bağışlamaq hissinə malik olduqlarını deyirlər. Bunlar münasibətlərin uzunömürlüyü üçün zəruri şərtlərdir.

Amma bu, evli olanların öz qənaətidir. Onların partnyorlarının eyni hissi bölüşüb-bölüşməməsi tam başqa bir məsələdir.

"Sədaqətli evli cütlərdə" uzun münasibətlərin sonunda şəxsiyyət artıq dəyişmiş olur
Şəklin alt yazısı,”Sədaqətli evli cütlərdə” uzun münasibətlərin sonunda şəxsiyyət artıq dəyişmiş olur

Bəs möhkəm ailələr barədə nə deyə bilərik?

Bu da ola bilər ki, ən azı bir müddət belə cütlər dostlarının gözündə daha xoşbəxt görünsünlər.

Cütlər arasında evlilikdən sonra həyatdan razılıq hissi artır, amma evliliyin bir neçə ili ərzində bu razılıq normal səviyyəsinə qayıdır.

Ayrılmalar, qırılmalar şəxsiyyətinizi necə dəyişir

Tədqiqatlar göstərir ki, “sədaqətli evli cütlərdə” uzun münasibətlərin sonunda şəxsiyyət artıq dəyişmiş olur.

Qadın selfi çəkir
Şəklin alt yazısı,Qadınlar boşananda daha ekstrovert olurlar

Boşanma prosesindən keçmiş ortayaşlılar arasında aparılmış araşdırma göstərib ki, qadınlar boşanmadan sonra keçmiş yoldaşları ilə müqayisədə ətrafa daha açıq, yəni daha ekstrovert olurlar.

Kişilər də ayrılmanın öhdəsindən asan gəlmirlər.

Onlar nevrotikliyə və daha çox vəfalılığa meyllənirlər.

Amma ümumilikdə boşanmadan sonra həm kişilərin, həm də qadınların daha az etibarlı olduqları müşahidə olunur.

Bu da iki istiqamətdə işləyir. Boşanmalar və ayrılmalar sizin şəxsiyyətinizi təsirləndirdiyi kimi, həm də bu qırılmanın öhdəsindən gələ bilməyinizi də təsirləndirir.

Daha ekstrovert – ətraf aləmə açıq – insanlar tez bir zamanda təkrar evlənməyə meylli olurlar.

Halbuki daha əsəbi, nevrotik tiplər boşanmadan sonra qısa münasibətlərin silsiləsinə düşürlər.

Kişilər boşananda daha əsəbi olurlar
Şəklin alt yazısı,Kişilər boşananda daha əsəbi olurlar

Daha romantik gələcək

Əlbəttə təkməşuqluq tək variant deyil.

İkidən çox insanın münasibətdə olduğu poliamoriya bəlkə də artmaqda olan meyldir.

Monoqamiyada xəyanət sayılan kənar münasibət poliamoriyada açıq və razılıqlı bir şəkildə baş verir.

Tədqiqatlar göstərir ki, poliamor cütlərin onların sevgi həyatından kənarda olan dostluqları monoqam cütlərinkindən daha möhkəm olur.

Bir internet araşdırması bunu da göstərib ki, poliamor münasibətlərdə salamat seks qaydalarına daha çox əməl edilir.

Monoqamiya ən yaxşı variantdırmı?
Şəklin alt yazısı,Monoqamiya ən yaxşı variantdırmı?

Amma əgər sizin özünüz poliamor – çoxməşuqlu deyilsinizsə, məyus olmayın – o qədər də zövq-səfa itirməmisiniz.

Poliamor münasibətlərə meylli insanlar çox ola bilər ki, eyni zamanda çox münasibətlərə daha açıq insanlardır.

Necə olursa, olsun tədqiqatlar göstərir ki, çoxməşuqlu münasibətlərin psixoloji məmnunluğu elə monoqam cütlər arasında olduğu kimidir.