Evində nişan mərasimi keçirən vəzifəli şəxsə töhmət verildi

0
609

Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilən xüsusi karantin rejimi qaydalarını pozaraq ev şəraitində 19 nəfərdən ibarət yığıncaq təşkil edib.

Bu barədə Təhsil Nazirliyindən bildirilib.

Bildirilib ki, qeyd edilənlər nəzərə alınaraq, Təhsil nazirinin müvafiq əmri ilə Mətanət Misirxanovaya töhmət verilib.

Qeyd edək ki, bir müddət əvvəl  M.Misirxanova karantin qaydalarına zidd olaraq evində qızı üçün nişan mərasimi təşkil edib.