Evin havasını təmizləyən 3 BİTKİ

0
700

Evinizdəki havanın çöldən daha çirkli ola biləcəyini bilirdinizmi? Otaq spreyləri, təmizlik maddələri, vinil yer döşəmələri kimi toksiki kimyəvi maddələr evdəki havanı çirkləndirir.

NASA alimləri evdəki havanı təmizləyən bitkilər üzərində araşdırma aparıblar.

Üç bitkini sizlərə təqdim ediRik.

Areka palması (latınca Chrysalidocarpus lutescens) – qonaq otağında olması məsləhətlidir. Gündüzlər bol oksigen istehsal edir. Otaqdakı zəhərli qazları udur, havanı nəmləndirir.

Paşa qılıncı (latınca Sansevieria trifasciata)- yataq otağı bitkisidir. Gecələr otağın havasını oksigenlə zənginləşdirir.

Sarmaşıq (latınca Epipremnum aureum) – yataq otağında saxlamaq olar. Hava filtrləmə sistemi kimi “işləyir”. Otağın havasını kimyəvi maddələrdən təmizləyir.

Alimlər yaxşı nəticə əldə etmək üçün evin hər doqquz kvadratmetrinə bir dibçək yerləşdirməyi tövsiyə edirlər.

Lakin evdə heyvan saxlayırsınızsa, yalnız Areka Palması onlar üçün zərərsizdir. Sarmaşıq və Paşa qılıncı ev heyvanlarını zəhərləyə bilər.