
“Everton” klubunun qapıçısı Robin Olsen, onun arvadı və övladları bıçaq, maçete ilə silahlanmış bir qrup şəxsin hücumuna məruz qalıb.
Hadisə zamanı futbolçu ailəsi ilə birgə evdə olub.
Cinayətkarlar evdə olanlara hədə-qorxu gəlib, qiymətli əşyaları götürərək oradan uzaqlaşıblar.
Polis insidentlə əlaqədar araşdırmaya başlayıb.