Evdə müşahidə altına alınan xəstələrin statistikası aparılacaq – RƏSMİ

0
464

Evdə müşahidə altına alınan xəstələrin də statistikası aparılacaq”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bunun üçün TƏBİB proqram hazırlayır:

“Həmin proqram vasitəsilə evdə müşahidə olunan xəstələrin statistikası aparılacaq. Kimsəsiz xəstələrə isə könüllülər yardım edəcəklər. Bu məsələ əvvəldən də var və kimsəsiz şəxslərə həmin könüllülər yardım edirlər”.