“Eurovision”da səsləri Faiq Ağayev elan edəcək

0
928

İctimai Televiziya və Radio Yayımları Şirkəti  Təl-Əvivdə keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adını açıqlayıb.

Məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən veriləcək səsləri xalq artisti Faiq Ağayev elan edəcək.

Faiq Ağayev yarışmanın qaydalarına əsasən, final gecəsi iştirakçılarının taleyini həll edəcək balları İTV-nin canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək.

Qeyd edək ki, mayın 14-də start götürəcək mahnı yarışmasında təmsilçimiz Ç.Mustafayev ikinci yarımfinalda “Truth” (Həqiqət) adlı bəstə ilə 18-ci nömrə altında çıxış edəcək.

Şüarı “Arzulamağa cürət et” (Dare to Dream) olan müsabiqənin Azərbaycan üzrə şərhçisi isə müğənni-bəstəkar Murad Arif olacaq.