“Eurovision”a qarşı boykot kampaniya başladılıb

0
540

İsrailin Strateji Planlaşdırma Nazirliyi Tvitterdə “Eurovision -2019” mahnı müsabiqəsini boykot etməyə çağıran kampaniyanın başladıldığını aşkar edib.

#BoycottEurovision2019 haştaqı ilə başladılan kampaniya əsasən saxta hesablar tərəfindən aparılır. Hələ ötən ilin noyabrından başladılan araşdırmaların nəticələrinə görə, bu hərəkat müsabiqədə çıxış edəcək müğənnilər – Madonna, Bilal Assani, Alssandro Mamud, Maykl Rays, Sara Makternanla bağlı ictimaiyyəti manipulyasiya etmək məqsədi daşıyır.

Nazirlik boykot çağırışlarını HƏMAS qruplaşmasının siyasi büro rəhbəri Basem Naimanın dəstəyi ilə BDS (İsrailə sanksiya, boykot) hərəkatı tərəfdarlarının başlatdığını bildirib.
Qeyd edək ki, müsabiqə 14-18 may tarixlərində Tel-Əvivdə keçiriləcək.