EUMA karvanının şərti sərhədə gəlməsi qeydə alınıb: Bakının səbir kasası daşır!

0
173

Azərbaycan tərəfi Avropa İttifaqının Ermənistandakı “missiyası”nın (EUMA) bir qrupunun təşkilatın bayrağı və emblemi olan beş avtomobillə Ermənistan-Azərbaycan şərti sərhədinə gəlməsini qeydə alıb.

“EUMA karvanı Arazdəyən qəsəbəsində şərti sərhədin bu hissəsində gərginlik səbəbindən tikintisi dayandırılmış metallurgiya zavoduna, eləcə də Paruyr Sevak kəndinin cənub-qərbindəki əraziyə yollanıb. 20-yə yaxın mülki geyimli şəxs ərazidə foto və video çəkib, ərazini müşahidə edib. Qeyd edək ki, EUMA komandasının regiona bu səfəri əvvəlcədən planlaşdırılmayıb – bu, Azərbaycan tərəfinə təqdim olunan monitorinq cədvəlinin tarixi, vaxtı, marşrutu və koordinatlarına uyğun gəlmir. Bundan sonra avropalı kəşfiyyatçılar itkin düşmüş hərbçimizin ermənilər tərəfindən əsir götürüldüyü Laçın rayonuna doğru gediblər.

Əldə edilən məlumata görə, Avropa kəşfiyyatçıları metallurgiya zavodunun tikintisini bərpa etməyə çalışacaqlar. Xatırladaq ki, Ermənistan tərəfi ESPO Konvensiyasını pozaraq sözügedən müəssisənin tikintisini aparmağa çalışır, bununla da Azərbaycanın və bütün regionun ekologiyasını təhlükə altına alır.  Onun tikintisinə Qərb sərmayələri yatırılıb və vəziyyətin bu istiqamətdə gərginləşməsi də Qərbin Cənubi Qafqazda destruktiv hərəkətləri modelinə uyğun gəlir.

Gözlənilir ki, EUMA zavodun üzərində bayrağını qaldıracaq ki, Azərbaycan tərəfdən atəş açılmasın – Bakını fakt qarşısında qoysun.

Dərhal xəbərdarlıq edirik: bu zərərli obyekt Azərbaycanın sərhədində tikilsə, onun perimetrində olacaq hər kəs – erməni hərbçilər və sərhədlərimizin yaxınlığında möhkəmlənmiş Avropa neosəlibçilərinin dəstəsilə birlikdə məhv ediləcək. Ermənilər tarixboyu olduğu kimi, yenə də səlibçilərin itaətkar köpəyi rolunu oynayırlar. Amma heç kimin şübhəsi olmasın – onları vaxtilə Səlahəddin Əyyubi Qüdsdən qovduğu və bu əclafları öz qanlarında yuyunmağa məcbur etdiyi kimi, biz də sərhədlərimizin perimetrindən qovacağıq!

Azərbaycan tərəfinin səbir kasası daşır!” – deyə nəşrdə bildirilir.