Əsəd İranla gizli razılaşıb? – Türkiyə bu planı ifşa etdi

0
40

“Türkiyə” qəzetinin yazarı Yücel Koç Əsəd rejimi ilə bölgə ölkələri arasında gizli razılaşmaları ehtiva edən detalları açıqlayıb. O, İsrailin Suriyada irəliləyişinə və terror dövləti layihəsinə diqqət çəkib.

Bölgədə terror təşkilatlarının varlığını və Rusiyanın niyə bu vəziyyətə qarşı çıxmadığını sorğulayan Koç Türkiyənin sərhəd təhlükəsizliyi ilə bağlı addımlarının əhəmiyyətini vurğulayıb.

“2010-cu ildə Suriyada vətəndaş iğtişaşlarının başlaması ilə bu günün ayaq səsləri eşidildiyində biz sərhədimizdə qurmaq istədiyimiz “terror” reallığı ilə qarşılaşdıq. İlk günlərdən buranın terror təşkilatları tərəfindən Böyük İsrail arzusu üçün hazırlandığını bildirdik. İndi vacib olan vaxtında düzgün addımlar atmaqdır.

İsrail illərdir Suriyanın bir çox yerinə, o cümlədən paytaxt Dəməşqə hücum etsə də, Əsəd rejimi və Suriyada yerləşən İran və Rusiya bu günə qədər buna cavab verməyib. İran hətta öz ərazisindəki konsulluğuna zərbə endirərkən belə, İsraildən qisas almadı. Latakiyada iki S-400 və üç S-300 batalyonu olan ruslar nədənsə ötən həftə bazalarının yaxın ətrafını bombalayan İsrailə qarşı bu sistemləri bir dəfə də olsun atəşə tutmadı”, – deyə yazar bildirib.

Koç iddia edib ki, Rusiya və İran da ABŞ kimi terror təşkilatı PKK/YPG-ni Türkiyədən qorumağa çalışır:

“2019-cu ildə anlaşma memorandumunu imzalayıb söz versələr də, ruslar bu terror təşkilatını Tel Rıfat və Mənbicdən çıxarmadı. Xüsusilə Qəzzadakı hadisələrdən sonra İsrail təhlükəsinin yaxınlaşdığına diqqət çəkən Türkiyə, Rusiyanın liderliyində Suriya ilə əməkdaşlıq etmək istəsə də, hələlik burada heç bir irəliləyiş əldə olunmayıb.

Təbii ki, biz Fələstinin, Livanın, Suriyanın, İranın və İraqın ərazi bütövlüyünün qorunub saxlanmasını istəyirik. Təcili olaraq həm daxili, həm də xarici istehkamlar tikməliyik. Xüsusən də sərhədimizdəki İsrail layihəsi olan “terror” təhlükəsini tez bir zamanda aradan qaldırmalıyıq.

Əgər orada bir struktur qurulacaqsa, silah gücünə buna nail olmağa çalışan terror təşkilatı deyil, əsrlər boyu bölgədə yaşayan müsəlman kürdlər, ərəblər və türkmənlər bunu qurmalıdır. Onun mərkəzi Hələb olmalıdır. Əgər başqa seçim yoxdursa, Türkiyə də ona rəhbərlik edə bilər”.