Ermənistan Müdafiə Nazirliyi İranla silah alışına dair müqavilə imzalanması ilə bağlı məlumatı təkzib edib.
“İran İnternational” daha əvvəl bu barədə yazaraq, İrəvan və Tehranın 500 milyon dollarlıq gizli razılaşma əldə etdiyini qeyd etmişdi.
Departamentin mətbuat katibi Aram Torosyan “Sputnik Ermənistan”a şərhində məlumata belə münasibət bildirib.
“Biz çox uzaqməzmunlu nəşrlərə cavab vermirik”.
Nəşr iddia edib ki, İrəvan göstərilən məbləğə müəyyən növ pilotsuz təyyarələr və zenit-raket qurğuları almalıdır.