Ermənistan Silahlı Qüvvələrinin tərkibində Azərbaycana qarşı Yaxın Şərqdən gətirilmiş terrorçular, muzdlu şəxslərin döyüşməsini faktlarla sübut etmişdik. Lakin, düşmən tərəf Azərbaycan ordusunda suriyalıların döyüşdüyünü iddia etsə də, bunu heç bir şəkildə sübut edə bilməyib. Heç sübut edə də bilməyəcək. Ona görə ki, Azərbaycan ordusunda kənar dövlətlərdən heç bir muzdlu yoxdur.
Ermənistan kimi terrorçu dövlətin Azərbaycan ordusunda başqa dövlətlərdən olan şəxslərin döyüşməsinə dair iddiaları elə bu görüntülər qədər “gerçək” ola bilər.
Belə ki, “Telegram” sosial şəbəkəsi üzərində “Karabakh is Azerbaijan” kanalının təşəbbüsü ilə maraqlı video çarx hazırlanıb.
Videoçarxda Ermənistanın Suriyalı terrorçularla bağlı saxta xəbərləri gülməli tərzdə ifşa olunur.
Həmin videolardan ilkini sizə təqdim edirik: