
Ermənistan polisinin polkovnik-leytenantı 49 yaşlı Artyom M. ölüb.
İrəvanın Tbilisi magistral yolunda polkovnik-leytenantın “Opel” markalı avtomobili 47 yaşlı Arkadi A.-nın idarə etdiyi “KamAZ” markalı yük maşını ilə toqquşub.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmık mümkün olmayıb.
Hadisənin 2-ci hissəsi əsasında cinayət işi başlanıb. Ermənistan Cinayət Məcəlləsinin 242-ci maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan bir nəfərin ölümünə səbəb olma) ilə istintaqa başlanıb.