Ermənistanın itkilərinin sayı artır: Yenə əsgər meyitləri tapıldı

0
386

Horadizdə, Cəbrayılda və digər yerlərdə axtarışlar aparan xilasetmə qrupları Qarabağ müharibəsində həlak olmuş daha 22 erməni əsgərinin meyitini aşkarlayıb.
Axtarış işləri noyabrın 13-dən aparılır. Azərbaycan ərazilərindən indiyədək ümumilikdə 1 020 erməni əsgərinin meyiti çıxarılıb. Axtarış işləri davam edir.

Məlumata görə, növbəti axtarışlar Şuşanın dağ-meşəlik ərazilərində, həmçinin Hadrut və Cəbrayılda aparılacaq. Axtarış işlərində itkin düşən erməni əsgərlərinin valideynləri də iştirak edir. Qeyd edilir ki, Rusya sülməramlıları axtarışların aparılması üçün danışıqlar aparmağa yardım göstərirlər.
Daha əvvəl Ermənistanın “Politik.am” saytı Qarabağ müharibəsində ölənlərin, yaralıların, itkin düşənlərin və əsirlərin sayı barədə bu günə kimi rəsmi məlumat verilmədiyini vurğulayıb. “Vəziyyəti bir neçə həftə əvvəl Vatikanın Ermənistandakı keçmiş səfiri Mikael Minasyan aydınlığı ilə izah edib. O, müharibədə 4 750 nəfərin həlak olması haqqında bildirib. Hakimiyyət bilir və bu rəqəmi təkzib etməyə çalışır, ancaq sonrakı məlumatlar Minasyanın haqlı olduğunu sübut edib”, – sayt vurğulayıb.
Hökumətdəki mənbələr isə sayta bildirib ki, hazırda 1 400 nəfər itkinin və meyiti tanınmaz hala düşmüş 700 ölü var.
Horadizdə, Cəbrayılda daha 22 erməni əsgərinin meyitini aşkarlanması Ermənistan ordusunun Qarabağ müharibəsindəki itkilərinin sayının artdığını göstərir.