İşğalçı Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti barədə xarici ölkələrin diplomatik korpuslarının nümayəndələrini məlumatlandırmaq məqsədilə brifinq keçirilir.
Brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov və Müdafiə Nazirliyinin rəsmisi iştirak edir.