Ermənistanı zorla İttifaq dövlətinin tərkibinə qatmaq niyyətində idilər

0
100

“Adı açıqlanmayan qüvvələr Ermənistanı zorla İttifaq dövlətinin tərkibinə qatmaq niyyətində idilər, lakin erməni xalqı bu planın qarşısını ala bildi”. 

Bu barədə Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan parlamentdə keçirdiyi brifinqdə bildirib.

“Ermənistanın Rusiya və Belarusun ittifaq dövlətinə daxil edilməsi üçün böyük plan var”, – deyə parlamentari bildirib.

O, 2021-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində erməni xalqının bu böyük geosiyasi planı iflasa uğratdığını deyib.