Ermənistanı mat edən buraxılış məntəqəsi: Hansı təxribata əl ata bilərlər?

0
201

Azərbaycan Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin Ermənistanı Qarabağla əlaqələndirən Həkəri çayı üzərindəki körpüdə sərhəd keçid nəzarət buraxılış məntəqəsini quraşdırması silahlıların təminat və təchizatına ciddi zərbə vurdu”

Bu sözləri açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, artıq erməni silahlıları nə əsas, nə alternativ, nə də köməkçi yollardan istifadə edə bilmir:

“Onların təchizatında yeganə rol oynaya biləcək faktor rus kontingentinin daşımalar həyata keçirilməsidir ki, bunun da ehtimalı çox da yüksək dəyərləndirilmir”.

Ə.Verdiyevin sözlərinə görə, bütün resursları tükənən ermənilərin Qarabağdakı təxribatlarının miqyası getdikcə daha da məhdudlaşacaq. Silah-sursat çatışmazlığı səbəbindən bu təxribatların həyata keçirilməsi, nəticə etibarilə mümkünsüz olmalıdır:

“Amma Azərbaycan- Ermənistan sərhədində isə İrəvan tərəfindən kiçik və orta miqyaslı təxribatların keçirilməsi mümkündür. Bu təxribatları biz heç bir zaman istisna etməmişik. İndi də istisna etmirik və gələcəkdə də bunu nəzərə almalıyıq”.