Ermənistandan gələn yük maşınları Gürcüstana buraxılmır – Nə baş verir?

0
15

Ermənistan-Gürcüstan sərhəd-keçid məntəqəsində problem yaranıb.

Ermənistandan gələn yük maşınları Gürcüstana buraxılmır.

Ermənistan Dövlət Gəlirləri Komitəsinin yaydığı məlumata görə, gömrük xidmətləri erməni yük maşınlarının Gürcüstana buraxılmasını müvəqqəti dayandırıb. Bu səbəblə hər iki tərəfdə mindən çox yük və minik avtomobili dayanıb.

Qərar son vaxtlar Gürcüstanın keçid məntəqələrində avtomobillərin yığılması nəzərə alınaraq qəbul edilib. Gürcüstan tərəfində problem həll olunduqdan – avtomobillərin buraxılışı tənzimlənəndən sonra keçid açılacaq.