
Ermənistanda daha 125 nəfərin koronavirusa yoluxduğu məlum olub.
Ermənistanın Səhiyyə Nazirliyi ölkə üzrə “Covid-19” virusuna yoluxanların sayının artıq 2273 nəfərə çatdığını bəyan edib.
Həmin şəxslərdən 33-ü artıq ölüb.
Qeyd edək ki, son günlərdə Ermənistanda koronavirusa yoluxma artan templə müşahidə edilir.