Ermənistanda turistlərə qarşı cinayətlər artır – Paşinyan dilə gəldi

0
104

Ermənistanda xarici turistlərə qarşı törədilən cinayətlərin sayı kəskin artıb.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında danışıb.

O bildirib ki, iqtisadiyyat artır və ölkəyə xaricdən çoxlu sayda turist axını yaranır, bu isə ciddi problemə çevrilir.

“Biz turistlərlə bağlı cinayətlərə də çox həssas yanaşmalıyıq, ona görə ki, bu, Ermənistanın imicinə ciddi zərbədir”, – Paşinyan deyib.

Qeyd edək ki, Ermənistanda xarici turistlərə qarşı zorakılıq, ölüm halları, soyğunçuluq və aldadılaraq başqa işlərə, narkotik alverinə, qadın turistlərin fahişəliyə cəlb olunması, turistlərin oğurlanaraq sonradan ailəsinə satılması faktları kəskin artıb.

Keçən il Ermənistanda 100-dən çox belə cinayət faktı törədilib.