Ermənistanda təşviş: donuz qripi sürətlə yayılır

0
176

Ermənistanda donuz qripi sürətlə yayılır.

Bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan deyib.

Onun sözlərinə görə, son iki-üç ildə koronavirus pandemiyası səbəbindən donuz qripi arxa plana keçsə də, indi yenidən qayıdır.

O vurğulayıb ki, koronavirusla bağlı vəziyyət nisbətən stabilləşsə də, qripə yoluxma halları artır.

“İndi təəssüf ki, H1N1 (donuz qripi) qripinin ştammı yenidən yayılır ki, bu da kifayət qədər təhlükəlidir”, – o bildirib.

O, bir daha 12 yaşınadək uşaqları və xroniki xəstəlikləri olan vətəndaşları qripə qarşı peyvənd olunmağa çağırıb, peyvəndlərdə H1N1-ə qarşı antitellərin də olduğunu xatırladıb