Ermənistanda sorğu: Paşinyanla Koçaryan arasında 2 faiz səs fərqi var

0
347

Ermənistanda “Gallup International Аssociation” təşkilatı respublikanın bütün bölgələrindən telefonla 1100 respondentin iştirak etdiyi sorğunun yeni nəticələrini açıqlayıb.

Ermənistanda seçkilər bu bazar günü keçirilsəydi, səslər aşağıdakı şəkildə paylanardı:

22,4 % – Nikol Paşinyanın “Vətəndaş Sazişi” partiyası;

20,6 % – Robert Koçaryanın “Ermənistan” bloku;

4,2 % – Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası;

3,5 % – Artur Vanetsyan “Mənim şərəfim var” bloku;

2,9 % – Edmon Marukyanın “Maariflənmiş Ermənistan” partiyası;

2,1 % – Aram Sarkisyanın “Respublika” partiyası;

1,7 % – “Şirinyan-Babajanyan” bloku;

1,5 % – “Milli-Demokratik Qütb” partiyası