Ermənistanda şok qalmaqal: spiker casusluqda ittiham olundu

0
365

Qarabağ döyüşlərində ağır məğlubiyyətə uğradıqdan sonra Ermənistan daxilində qarşılıqlı ittihamlar səngimək bilmir. Bu ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyan növbəti qalmaqalın əsasını qoyub.

O, parlament sədri Ararat Mirzoyanı Türkiyənin xeyrinə casusluq fəaliyyətində ittiham edib və bu ittiham Ermənistanda bomba effekti verib. Minasyanın iddiasına görə, Türkiyə xüsusi xidməti Mirzoyanı ABŞ-da ələ alıb. Hansı ki, o zaman A.Mirzoyan qondarma “erməni soyqırımı”nı tanıtmaq prosesilə məşğul olurmuş. Diplomat onu da əlavə edib ki, Mirzoyan o zaman “erməni genosidi” muzey-institutunda nə baş verdiyi barədə informasiyaları ötürməyə razılaşıb. Minasyanın iddiasına görə, erməni xüsusi xidmət orqanları bundan xəbər tutandan sonra Mirzoyan seçim qarşısında qoyulub və hər iki ölkəyə casusluq etməyə razılaşıb.

 Mikael Minasyan 

Diplomatın erməniləri şoka salan bu ittihamlarına A.Mirzoyanın reaksiyası gecikməyib. Spuker Serj Sərksiyanın kürəkəninin ittihamlarını cəfəngiyyat adlandırıb və hüquqi müstəvidə cavab veriləcəyini deyib. “Mikael Minasyanın növbəti cəfəngiyyatı hüquqi qiymətini almalıdır”, – deyən spiker bildirib ki, o, yalan donoslarına görə cavab verməlidir