Ermənistanda Serj Sarqsyanın əmlakına həbs qoyuldu

0
422

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın əmlakına həbs qoyulub.

“İnterfax” xəbər verir ki, bu barədə ölkənin Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Sarqsyan barəsində ölkədən çıxmamaq haqqında qətimkan tədbiri seçilib.

Daha əvvəl məlum olub ki, sabiq prezident Serj Sarqsyana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddəsi ilə ittihamlar irəli sürülüb. Onun fermerlərə qayğı proqramı çərçivəsində 489,16 dram (1,8 milyon manat) pulu mənimsədiyi bildirilir.