Ermənistanda separatçı rejimin “müdafiə naziri”ni döydülər

0
321

Ermənistanda itkin düşmüş əsgərlərin valideynləri qondarma separatçı rejimin “müdafiə naziri” Mikael Arzumanyanı döyüblər.

Bu barədə sosial şəbəkələrin erməni seqmentində xəbər yayılıb.

Bildirilir ki, dünən axşam saatlarında övladlarının axtarışı ilə bağlı suallara cavab ala bilməyən valideynlər onu döyüblər.

Onlar Ermənistan hökumətini və separatçı rejimi laqeydlikdə günahlandırıblar.