Ermənistanda nazirlərin kütləvi istefası gözlənilir

0
505

Ermənistanda yüksək səviyyəli məmurların kütləvi istefası davam edəcək. 

Bu barədə “Joxovurd” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Baş Nazirin müavini Mqer Qriqoryan, Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, Müdafiə naziri David Tonoyan, Fövqəladə Hallar naziri Feliks Çolakyan, Ərtaf mühit naziri Erik Qriqoryan, eləcə də İqtisadi İnkişaf Nazirliyi və Dövlət Gəlirlər Komitəsinin rəhbəri öz postunu tərk edə bilər.

Qəzet yazır ki, Baş Nazir Nikol Paşinyan ABŞ səfərindən sonra Sosial Birlik məsələlərinə məsul nazirləri vəzifələrindən azad etməyi planlaşdırır. Söhbət Səhiyyə naziri Arsen Torosyan, eləcə də Əmək və sosial işlər naziri Zaruhi Batoyandan gedir.

Nəşr qeyd edir ki, Ermənistan Milli Məclisində də dəyişiklik gözlənilir.