Naxçıvanı Azərbaycanla birləşdirəcək yolun tikintisinə hazırlıq gedir.
Bu barədə “Hraparak” qəzeti Meğri şəhərinin meri Mxtitar Zakaryana istinadla xəbər yayıb.
Bildirilir ki, artıq “Cənubi Qafqaz dəmir yolları” ASC-nin əməkdaşları rusiyalı sərhədçilərlə birlikdə Meğriyə gediblər və ərazini öyrəniblər.
“Dedilər ki, bu perspektivli məsələdir, hazırda konkret heç nə yoxdur, ancaq söhbət dəmir yolundan gedir. Gəldilər, öyrəndilər və getdilər”, – deyə şəhər meri əlavə edib.
Qeyd edək ki, “Cənubi Qafqaz dəmir yolları” ASC “Rusiya Dəmir Yolları” ASC-nin 100 faiz törəmə şirkətidir.