Ermənistanda kütləvi etirazlar – YENİLƏNİB + VİDEO

0
644

Ermənistan baş naziri Nikol Paşinyana qarşı çıxan “Adekvad” ictimai təşkilatının nümayəndələri  Yerevanda, Avropa İttifaqının nümayəndəliyi qarşısında etiraz aksiyası keçirir.

Bu haqda RİA Novosti məlumat verir.

“Son bir il ərzində Ermənistanda baş verənlər, ümumilikdə bu strukturun (Aİ nümayəndəliyi) sponsorluğu ilə həyata keçir. Onlar təkcə maddi dəstək deyil, həmçinin mənəvi, siyasi, diplomatik və kadrlarla bağlı dəstək göstərirlər.

Ermənistanın konstitusiya düzəninin alt-üst edilməsi Avropa İttifaqının gündəmində olub. Bu proses ən azından bir il əvvəl hakimiyyətin zəbt edilməsi ilə  başlayıb”, – deyə aksiyanın təşkilatçılarından biri Artur Danielyan nümayişin keçirildiyi məkanda etdiyi çıxışda bildirib.

11:29

Ermənistanın Baş naziri Nikol Paşiyan Yerevanda  keçmiş prezident Robert Koçaryanın sərbəst buraxılması ilə bağlı qərar çıxarmış məhkəmə binasını mühasirəyə alan etirazçılara qoşulub.

Ermənistan mətbuatının məlumatına görə, Paşinyan “Müstəqil məhkəmələr naminə” şüarı altında etiraz aksiyalarının başlanıldığını elan edib.

O, yerli vaxtla 12:00-da bəyanatla çıxış edəcəyini elan edib.

10:33

Ermənistanda baş nazir Nikol Paşinyanın çağırışı əsasında nümayişçilər kütləvi şəkildə məhkəmə binalarının girişlərini bağlayıb.

Bu barədə “RİA Novosti” məlumat verir.

Şənbə günü Yerevan məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Koçaryanın sərbəst buraxılması ilə bağlı qərar çıxarıb.

Paşinyan buna cavabında, tərəfdalarını ölkənin bütün məhkəmələrinin girişlərini bağlamağa və heç kimi içəri buraxmamağa çağırıb.

Aksiyalar həm Yerevanda, həm də əyalətlərdə keçirilir. Sosial şəbəkələrin Ermənistan seqmentində aksiyalarla bağlı çoxsaylı video və fotoşəkillər yayılır.

Ermənistan Ədliyyə nazirinin sabiq müavini öz “Facebook” səhifəsində Yeravanın Açapnyak rayon məhkəməsinin şüşələrinin sındırıldığını bildirib.  Polis rəsmiləri hələlik insidentə münasibət bildirməyib.

Bundan əvvəl Ermənistanın prezidenti Armen Sarkisyan baş nazir Paşinyandan fərqli olaraq, bütün vətəndaşları qanuna riayət etməyə və asayişi qorumağa səsləmişdi.

10:20

Yerevanda hakim iş yerinə pəncərədən daxil olmağa çalışıb.

İnsident Yerevanın Şenqavit məhkəməsinin binası qarşısında qeydə alınıb. Hakim David Babayan xəlvətcə pəncərədən iş yerinə girməyə çalışsa da, nümayişçilər onu itələyib, yerə yıxıblar.

Bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

Xatırladaq ki, şənbə günü adıçəkilən məhkəmə sabiq prezident Rober Koçaryanın azad edilməsi ilə bağlı qərar çıxarıb.

Buna cavabında N.Paşinyan tərəfdarlarını ölkənin bütün məhkəmə binalarının girişlərini bağlamağa  və içəri heç kimi buraxmamağa çağırıb.

Bu gün onun “inqilabın ikinci mərhələsini” elan edəcəyi və “məhkəmə-hüquq sistemində xalqın hakimiyyətinin təsdiq olunması” ilə bağlı bəyanatla çıxış edəcəyi gözlənilir.

Bir sıra siyasi təşkilatlar onun bu hərəkətini konstitusiya düzənini pozma cəhdi kimi qiymətləndirir.