Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin…

0
86

Ermənistan polisi Gürcüstanla sərhəddə yerləşən Baqrataşen kəndindəki keçid məntəqəsinə gedən yolu bağlayan etirazçıları saxlamağa başlayıb.

Həmin şəxslər Ermənistan-Azərbaycan sərhədində ilk sərhəd dirəklərinin quraşdırılmasa etiraz edirlər.

Jurnalistlərin sözlərinə görə, söhbət Noyemberyan-Alaverdi-Baqrataşen yollarının kəsişməsini kəsən vətəndaşlardan gedir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ehtiyatda olan polkovnik Mihran Mahsudyanı, “Vətən naminə Tavuş” təşkilatı Şurasının nümayəndəsi Mikael Martirosyanı və politoloq Suren Petrosyanı saxlayıblar.

Etirazçılardan birinin Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan olduğu da bildirilir.

Qeyd edək ki, aprelin 23-də Ermənistan və Azərbaycan sərhədində ilk sərhəd dirəyi quraşdırılıb.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.