Hökumətin qərarı ilə Ermənistan Silahlı Qüvvələrinin bütün idarələri və qoşunları tam hərbi hazırlıq vəziyyətinə gətirilib
Ermənistanda genişmiqyaslı təlimlər çərçivəsində şərti hərbi vəziyyət elan olunub. Bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının inzibati aparatının informasiya şöbəsinin rəisi Samvel Asatryan bildirib.
Asatryan qeyd edib ki, sentyabrın 24-ü səhər saat 6-da hökumətdən şərti hərbi rejimin tətbiq olunması ilə bağlı qərar daxil olub.
Nəticədə Ermənistan Silahlı Qüvvələrinin bütün idarələri və qoşunların tam hərbi hazırlıq vəziyyətinə gətirilib.