Ermənistanda hərbi hissə komandiri saxlanıldı

0
246

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 2017-ci ildə ordunun ehtiyacları üçün müsabiqə əsasında antifrizin satın alınması zamanı 60 milyon dram (təxminən 249 min manat) məbləğində vəsaiti mənimsəmə ittihamı ilə hərbi hissə komandirini və müsabiqə komissiyasının 6 üzvünü saxlayıb.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, hərbi hissə komandiri və daha 3 nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət göndərilib.

Həmçinin, təchizatçı şirkət olan “Mosesko” MMC-nin direktoru da həbs edilib.