Ermənistanda Vazgen Sarqsyan adına Hərbi Universitetin müəllimlərini daşıyan avtomobilin alışıb yanması nəticəsində dörd hərbçi yanıq xəsarətləri alıb. Onlardan biri – 57 yaşlı polkovnik Ovik Kosakyan ölüb.
Hadisə Eçmiədzin şəhərində baş verib.
Ermənistan Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə mayın 20-də saat 17:00 radələrində baş verib.
Hərbçiləri daşıyan avtomobil yoldan çıxaraq aşıb və yanmağa başlayıb.
Yanğınsöndürənlər O.Kosakyanın yanmış meyitini maşından çıxarmalı olub.