Ermənistanda hərbçiləri daşıyan avtomobil aşıb

0
765

Ermənistanın Sünik vilayətində hərbçiləri daşıyan “ZİL” markalı avtomobil aşıb.

Müxtəlif dərəcəli xəsarət alan 10 hərbçi hospitala aparılıb.

Bildirilir ki, Mehri rayonundan Naxçıvan sərhədinə doğru hərəkət edən “ZİL”  naməlum səbəbdən aşıb.

Hazırda hadisə yerində hərbi polis araşdırma aparır.