Ermənistanda həbs dalğası: müxalifətçilər hamısı silahlanıbmış

0
28

Ermənistanda etiraz aksiyasının iştirakçılarına qarşı zorakılıq törədilib.

“Müqəddəs mübarizə” hərəkatının üzvləri həbs edilən 9 müxalifət fəalının saxlanıldığı “Erebuni” təcridxanasının önündə etiraz aksiyası keçirib.

Həbs edilən fəallar qanusuz silah daşımaqda ittiham edilir. Fəalların azad edilməsi məqsədilə keçirilən etiraz aksiyasında “Qanunsuz həbslərə yox”, “Saxlanılanlara azadlıq”, “Biz ədalət tələb edirik” kimi şüarlar səsləndirilib. Polisin etirazçılara qarşı zorakılıq törətdiyi faktları var.

Hərəkatın üzvləri eyni məqsədlə bu gün Ermənistan Ombudsmanının ofisinin önündə aksiya keçirməyi planlaşdırır. “Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyan bildirib ki, bütün müxalifətçilər eyni ssenari üzrə həbs olunur: onlara qarşı qanunsuz silah saxlamaq ittihamı irəli sürülür.