Ermənistanda gərginlik: Hökumət təhdid edir, məmurlar gizlənirlər

0
241

Ermənistan hökuməti ölkədə yaranmış gərginlik fonunda xalqın qəzəbindən ehtiyat edir.

Belə ki, artıq hökumət Qarabağı könüllü tərk etmiş erməniləri “sakitləşdirmək” üçün müəyyən tədbirlərə əl atıb.

Bununla bağlı insanlara xəbərdarlıq edildiyi, Qarabağı könüllü tərk etmiş ermənilərin hökumət əleyhinə aksiyalarda iştirak edəcəkləri halda nəzərdə tutulan yardımlardan məhrum ediləcəkləri bildirilib. Bütün bunlardan əlavə erməni məmurlar özünümüdafiə “tədbirləri”nə də start veriblər.

Məsələn, baş nazir aparatının rəhbəri Arayik Arutyunyan xalqdan gizlənmək üçün avtomobilinin dövlət nömrə nişanını dəyişib. O xidməti avtomobildən istifadə etsə də, dövlət işçiləri üçün nəzərdə tutulmuş nömrə nişanından imtina edib. Bununla baş nazir aparatının rəhbəri bir vaxtlar hazırda Ermənistanın xarici işlər naziri olan Ararat Mirzoyanın başına gələnlərdən (parlamentdə döyülməsi) özünü sığortalamağa cəhd edib.