Ermənistanda dörd məktəbdə Azərbaycan dili öyrədiləcək.
Bu barədə ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.
Bildirilir ki, artıq 20-dən çox məktəbin şagirdləri region ölkələrinin dillərini öyrənməyə başlayıblar.
“23 məktəbdən doqquzunda türk, yeddisində fars, dördündə Azərbaycan, üçündə gürcü dili tədris olunur. Təhsil ya dərnəklər, ya da üçüncü xarici dil formatında aparılır. Qarışıq formatdan istifadə edən məktəblər də var”, – deyə qurumdan xəbər verilib.
Xatırladaq ki, Ermənistanın ümumtəhsil məktəblərində regional dillərin tədrisi proqramı 2022-ci ilin sentyabrından başlayıb. Proqrama əsasən, Azərbaycan və türk dillərinin tədrisi yalnız orta məktəblərdə – 10-12-ci sinif şagirdləri üçün təşkil olunacaq.