Ermənistanda son 24 saatda 547 nəfər koronavirusa yoluxub.
Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.
Məlumata görə, ölkədə ümumi yoluxma sayı 12 364-dür: “Hazırda 8 385 xəstə müalicə olunur, 3 720 nəfər sağalıb, 190 nəfər ölüb”.
Baş nazir Nikol Paşinyan Feysbuk səhifəsində vətəndaşlara qaydalara riayət etmək çağırışı edib.
“Əgər yoluxma halları artacaqsa və xəstəxanalarda yer qalmayacaqsa, biz yenidən sərt karantin rejiminə qayıdacağıq. Həyat yenidən dayanacaq. Son dövrlər hər gün 500-700 yeni yoluxma halı qeydə alınır. Onlardan 5 faizinin səhhəti kritik olanda səhiyyə sistemi xidmət göstərə bilmir”, – Paşinyan bildirib.