Bir neçə gün əvvəl Azərbaycan Ordusunun itkin düşən əsgərləri Hüseyn Axundov və Aqşin Bəbirov Ermənistan ərazisində saxlanılıblar.
Əsir düşən əsgər Aqşin Bəbirovun atası Qabil Bəbirov Baku TV-yə açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayımlanan Hüseyn Axundovun ermənilər tərəfindən vəhşicəsinə döyüldüyü görüntülərə baxdıqda özünü çox pis hiss edib:
“Bu vəhşiliyin son həddidir. Beynəlxalq təşkilatlara müraciətimiz odur ki, yaxın zamanda əsirlərimiz geri qaytarılsın”.
Daha ətrafı süjetdə: