Ermənistan Zəngəzuru saxlaya bilməyəcək – İrəvanı qorxuya salan proqnoz

0
201

“Prezident İlham Əliyevin reytinqi hədsiz dərəcədə yüksəkdir və hakimiyyəti ilə bağlı heç bir təhlükə yoxdur”.

B
u barədə ermənipərəst mövqeyi ilə tanınan rusiyalı politoloq Modest Kolerov deyib.

M.Kolerov qeyd edir ki, seçkilər Azərbaycanın hədəfləri ilə bağlı ola bilər.

“Bu hədəflərdən biri Zəngəzur dəhlizidir. Rəsmi Bakı bunu daxili məsələsi olaraq görür. Burada əsas hədəflərdən biri Naxçıvana quru əlaqəsi yaratmaq və coğrafi baxımdan birləşməkdir. Digər hədəf isə Heydər Əliyevin Türkiyə ilə əlaqə yaratmaq ideyasını həyata keçirməkdir. Əliyev İrəvanı almaq istədiyini deyir, amma Zəngəzuru alacaq. İrəvanda da deyəcəklər ki, “Allah şükür, hər şeyi götürməyib”. Bu, ümumi metodologiyadır”, – o iddia edib.

M.Kolerov hesab edir ki, Sünik (Zəngəzur) bölgəsi boşalacaq: “Qarabağ müharibəsinə qədər orada 41-42 min erməni yaşayırdı, indi Gorusda, Qafanda Qarabağdan gələnlər var, amma onlar da gedəcək. Dağlıq ərazi olan bu bölgədə bu qədər az adamın yaşaması təhlükəlidir. Əhalinin bölgədən köçməsi davam edəcək. Ermənistan Süniki saxlaya bilməyəcək, bu bölgəni saxlamaq da istəmirlər. Onun qalması üçün heç bir iş görmrlər də”.