Ermənistan XİN: “Rusiyadan alınan silahları hələ əldə etməmişik”

0
176

Ermənistan Xarici İşlər Nazirliyi ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrəvanın pul verərək aldığı Rusiya silahlarını əldə etməməsi ilə bağlı açıqlamasını təsdiqləyib.

Bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

Qriqoryan Ermənistanın yeni silah ehtiyatlarına ehtiyacı olduğu barədə daha əvvəl danışarkən deyib ki, ölkə “Rusiyadan sifariş verdiyini və ödədiyini” almayıb.

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan məsələ barədə parlamentdə jurnalistlərə məlumat verərək bildirib:

“Həqiqətən də, Ermənistana silah gəlməyib, onlar üçün ödənişlər edilib. Bununla bağlı iş alqı-satqı müqaviləsinin müddəaları əsasında aparılır. Başqa heç nə əlavə edə bilmərəm”.

O, çatdırılmaların gecikməsinin səbəbləri ilə bağlı sualları cavablandırmayıb, məsələnin müvafiq idarə (Müdafiə Nazirliyi) ilə dəqiqləşdirilməsini tövsiyə edib.