Ermənistan və Azərbaycan sülh müqaviləsinin bütün mətnini razılaşdırıb? – İrəvan açıqladı

0
33

Ermənistan və Azərbaycan hələlik sülh müqaviləsinin bütün mətni üzrə razılığa gəlməyiblər.

Bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərə bildirib.

“Hazırda sazişin bütün bəndləri üzrə yekun razılıq yoxdur. Razılaşdırılmamış məqamlarla bağlı danışıqlar hələ də davam edir. Eyni zamanda, Ermənistan Konstitusiyası məsələsi sülh müqaviləsinin bəndi deyil”, – Kostanyan deyib.

O qeyd edib ki, Ermənistan sonuncu dəfə Azərbaycana 16 bəndlik paket verib.

Kostanyan qeyd edib ki, Bakıda keçiriləcək COP29 sammitinə səfərlə bağlı da yekun qərar yoxdur.

Noyabrın 5-də Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb ki, İrəvan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb.