Ermənistan-Türkiyə sərhədinin açılması məsələsində heç bir irəliləyiş yoxdur.
Bunu Ermənistan Xarici İşlər Nazirliyi “Sputnik Ermənistan”-ın sorğusuna cavab olaraq bildirib.
“Xarici İşlər Nazirliyi Ermənistan-Türkiyə nizamlanması çərçivəsində vəziyyətin inkişafı barədə vaxtında ictimaiyyətə məlumat verəcək”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, İrəvan və Ankara Marqara keçid məntəqəsini 2022-ci ildə üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açmağa razılaşıblar, lakin keçid məntəqəsi bağlı olaraq qalır.