Ermənistan Türkiyə mallarına qadağa qoydu – VİDEO

0
444

İqtisadi böhran yaşayan Ermənistan 2021-ci ildən etibarən Türkiyə mallarını idxal etməyəcək.

Bu barədə Ermənistan Dövlət Gəlir Komitəsinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, idxal qadağasına gömrük işçiləri nəzarət edəcək. Qadağa dekabrın 31-dən qüvvəyə minəcək. Yalnız dekabrın 31-dək bütün gömrük əməliyyatlarını keçən mallar ölkəyə idxal olunacaq.

Komitədən bildirilib ki, qadağa  malların hansı ölkədən gətirilməsindən asılı olmayaraq, tətbiq ediləcək. Bu, Gürcüstan, Rusiya və Avropa ölkələrinə də aid edilir. Qoyulan qadağa altı ay müddətində qüvvədə olacaq.

Qeyd edək ki, Ermənistan son illərdə Türkiyədən təqribən 250 milyon dollarlıq mal idxal edib.