
Ermənistan hökuməti türk mallarına qoyulan qadağanı davam etdirmək niyyətindədir.
Bunu İqtisadiyyat naziri Vahan Kerobyan açıqlamasında deyib.
“Düşünürəm ki, diplomatik və ya geosiyasi mühit imkan versə, qadağanı daha altı ay uzadacağıq”,-deyə o əlavə edib.
Türk mallarının Ermənistan bazarına girməsinə münasibət bildirən erməni nazir, qadağanın erməni müəssisələrinin istifadə edə biləcəyi xammallara aid olmadığını bildirib:
“İdxalı qadağan olunmuş malların siyahısına hazır məhsullar daxildir. Son qərarda onlara liftlər əlavə edilib”.
Xatırladaq ki, fevralın 3-də erməni parlamentinin vitse-spikeri Alen Simonyan Türkiyə mallarına tətbiq olunan qadağaya baxmayaraq, erməni sahibkarların Türkiyədən mal gətirdiyini demişdi.