Nikol Paşinyan sərhədi azaraq Ermənistan tərəfinə keçən Azərbaycan əsgəri Ruslan Pənəhovu niyə qaytardıqlarını açıqlayıb.
Erməni baş nazir Azərbaycanla razılaşmanın olduğunu deyib.
“Ermənistanla Azərbaycan arasında razılaşma var ki, azıb qarşı tərəfə keçən əsgərlər qısa müddətdə geri qaytarılır. Bu razılaşma daha əvvəl də olub, lakin 2018-ci ildən əvvəl pozulub. Biz Azərbaycan Prezidenti ilə bu yaxınlarda apardığımız müzakirələrdə bir daha təsdiq etdik ki, araşdırma nəticəsində Ermənistan ərazisində peyda olan şəxsin digər əməllər törədib-törətmədiyi araşdırılacaq.
Əgər belə hal baş verməyibsə və hansısa maddə ilə ittiham etmək üçün heç bir əsas yoxdursa, mövcud tənzimləmə işləməlidir. Heç kim deyə bilməz ki, yolunu azaraq qarşı tərəfə keçən növbəti əsgər kim olacaq”, – o deyib.