Ermənistan Rusiyaya belə XƏYANƏT EDİR: Moskva detalları açıqladı

0
57

“Qərbin təzyiqləri nəticəsində Ermənistan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi vasitəsilə Rusiya ilə əlaqələri xeyli azaldıb”.

Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib.

Qaluzin qeyd edib ki, ötən ilin noyabrından iki ölkənin xarici əlaqələr idarələrinin rəhbərləri arasında heç bir görüş olmayıb:

“İrəvan Moskvanın Xarici İşlər Nazirlikləri arasında növbəti məsləhətləşmələr planının hazırlanması və yekunlaşdırılması təklifində maraqlı deyildi.

Bundan əlavə, müdafiə sektorunda, o cümlədən hərbi-texniki əməkdaşlıqda təmasların intensivliyi nəzərəçarpacaq dərəcədə azalıb”.

Xarici işlər nazirinin müavini vurğulayıb ki, Rusiya ikitərəfli münasibətlərdəki problem və çətinliklərin aradan qaldırılması üçün Ermənistanla birgə işləməyə hazırdır. O xatırladıb ki, Moskva ilə İrəvan arasında təmaslar kəsilmir. Onlar ticarət-iqtisadi sahədə ən yaxın və ən məhsuldardırlar. Ölkələr arasında mədəni və humanitar sahədə də qarşılıqlı əlaqələr mövcuddur.

Bundan əvvəl Rusiyanın Baş naziri Mixail Mişustinin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub, onlar iki ölkə arasında cari qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.