Ermənistan Rusiyanın tərkibinə qatılır, Qarabağ isə… – Şok

0
1053

Rusiyanın siyasi dairələrində Ermənistanın Rusiya Federasiyasının tərkibinə daxil edilməsi məsələsinə baxılır. Nüfuzlu “Vremya” nəşrinin Rusiyanın diplomatik strukturlarındakı mənbəyə istinadən verdiyi məlumata əsasən, bununla bağlı artıq Ermənistan Prezidenti Armen Sərkisyanın ilkin razılığı alınıb.
N.Paşinyanın isə məsələ ilə bağlı Rusiya lideri Vladimir Putinə “hə” dediyi vurğulanır.
Ermənistanın özündə Rusiya tərkibinə qatılma faktı uzun sürən sosial-iqtisadi böhranla vidalaşmaq imkanı kimi təqdim olunacaq. Eyni zamanda, Azərbaycanın ildən-ilə artan hərbi gücünün təsirini neytrallaşdırmaqdan ötrü başqa yolun olmadığı da qeyd ediləcək.
Güman edilir ki, Ermənistan Rusiyanın tərkibinə Federasiyasının subyektlərindən biri kimi daxil olacaq.
Bu barədə  danışan məşhur rusiyalı tarixçi-qafqazşünas, politoloq Oleq Kuznetsov bildirib ki, bu halda Kreml işğal olunmuş torpaqları Azərbaycana qaytaracaq.
“Kreml həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, buna görə də heç vaxt işğal edilmiş Qarabağın və ətraf rayonların Azərbaycan torpaqlarının ilhaqına getməyəcək. Onsuz da Moskvanın Krım və Ukraynanın şərq vilayətləri ilə (Luqansk, Donetsk) bir çox problemləri var”, – deyə müsahibimiz bildirib.