Ermənistan Rusiya ilə təmasları kəsib: Moskva nəyə eyham edir?

0
47

Ermənistan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi vasitəsilə Rusiya ilə əlaqələrə maraq göstərməyi dayandırıb və bu, Qərbin təzyiqinin nəticəsidir.

Bu barədə Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzin müsahibəsində bildirib.

“2023-cü ilin noyabr ayından bəri xarici işlər nazirlərinin görüşləri keçirilməyib Nazir müavini qeyd edib ki, hərbi-texniki əməkdaşlıq da nəzərəçarpacaq dərəcədə azalıb.

Bununla belə, biz gözləyirik ki, Ermənistan hakimiyyətinin problemli məsələlərin aradan qaldırılması istiqamətində işləmək niyyəti praktiki olaraq reallaşacaq”, – Qaluzin vurğulayıb.

Eyni zamanda, xarici işlər nazirinin müavini Moskva ilə İrəvan arasında ikitərəfli təmasların kəsilmədiyinə işarə edib. “Bu yaxınlarda, mayın 8-də, Ali Avrasiya İqtisadi Şurasının növbəti iclası çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ətraflı söhbət olub”, – deyə xarici işlər nazirinin müavini qeyd edib.