Ermənistan prezidenti: “Qarabağla bağlı qərarlar bizi razı salmayacaq, reallıqlar dəyişib”

0
208

“Qarabağla bağlı qərarlar Ermənistanı qane etməyəcək, çünki geosiyasi və regional vəziyyət dəyişib”.

Bunu Ermənistan Prezidenti Vaqan Xaçaturyan deyib.

O bildirib ki, hazırda həqiqətən də çətin dövrlər gəlib çatıb, hər şey həlledici mərhələyə qədəm qoyub. Dövlət başçısının sözlərinə görə, söhbət Ermənistanın mövcudluğundan və Qarabağ məsələsinin həllindən gedir.

“Və bizdən realizm tələb olunur ki, düzgün qərarlar verə bilək”, – deyə Xaçaturyan vurğulayıb.

Prezident qeyd edib ki, qərar qəbul etmək çətin olacaq və əksər hallarda Ermənistan tərəfinin istəyini təmin etməyəcək.

Eyni zamanda o qeyd edib ki, məsələ İrəvanın öz istəklərindən əl çəkməsində deyil, geosiyasi və regional vəziyyətin dəyişməsindədir və bunu nəzərə almamaq olmaz.

“Hər şey çox sürətlə dəyişir”, – deyə Ermənistan prezidenti sözlərini yekunlaşdırıb.