Ermənistan prezidenti Azərbaycanla sərhədə gəldi: İlk dəfə öz gözlərimlə gördüm ki…

0
116

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Tavuşda Azərbaycanla delimitasiya zonasına səfəri ilə bağlı təəssüratlarını bölüşüb. 

O, Gümrüdə jurnalistlərə bildirib ki, vəziyyətlə yerində tanış olmaq üçün ayrılmış zonalardan birinə baş çəkib.

“İlk dəfə öz gözlərimlə gördüm ki, bizim öz əlimizlə qurduğumuz sərhədimiz var, yəni tikanlı məftillər var. Durbinlə görünür ki, Azərbaycan sərhədçiləri dayanıb, maşınlar gedir, yol açıqdır, mən 3 kənddən keçdim”, – Xaçaturyan bildirib.

O, həmçinin qeyd edib ki, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün yeni dolama yol çəkilir:

“Amma bilirsiniz ki, həyat davam edir, insanlar narazılıq etmirlər, onların problemləri həll olunur – onlar hakimiyyətin yanlarında olduğunu hiss edirlər”.