Ermənistan parlamentində Qarabağa görə dava düşdü: Mirzoyanın ŞOK CAVABI

0
55

Ermənistan parlamentində Qarabağla bağlı məsələ mübahisələrə səbəb olub.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 2023-cü il büdcəsi ilə bağlı müzakirələrdə iştirak edib.

İclasda müxalif deputat Artsvik Minasyan “hökumət ermənilərin Qarabağa qayıtması üçün nə edir” sualını ünvanlayıb.

Mirzoyan cavabında bildirib: “Müxalifət bu qayıdışı necə təsəvvür edir, hansı şərtlərlə, Bakının təklif etdiyi şərtlərlə, yoxsa Azərbaycan daxilində “müstəqil Dağlıq Qarabağ” kimi? Əgər bu, “müstəqil Qarabağdırsa” və ya 2019-cu ildə mövcud olan status-kvodursa, siz bunu ən azı 4000 qurban bahasına etməyə hazırsınızmı? Baş nazirliyə növbəti namizədiyinizin dediyi kimi, siz müharibə təklif edirsiniz. Hərbçilər ölməlidir, bu, onların işidir”.

A.Minasyan bildirib ki, “Qarabağ xalqı” beynəlxalq zəmanət və müəyyən dərəcədə muxtariyyətlə geri qayıtmalıdır.

Mirzoyan cavabında deyib: “Qarbağ istibdadını deyirsiniz, çox gözəl, amma indi Qarabağda ermənilərin qalmadığı bir vaxtda deyirsiniz. Qarabağda ermənilər olanda biz deyirdik ki, “müstəqillik” iddialarını bir qədər aşağı endirin, o zaman, bizə satqın, tiran, türk, rəzil deyirdilər”.